AZ

İl-76-nın vurulması illə bağlı dəhşətli görüntülər yayıldı -VİDEO

Sudanda vurulan İl-76 təyyarəsinin göyərtəsində olan Rusiya vətəndaşı Anton Selivanets təyyarə qəzaya uğramazdan əvvəl ailəsinə video göndərə bilib. Bu barədə RT onun yaxınlarına istinadən xəbər yayıb.

Rusiyalının yaxınları bunun 8,5 min metr hündürlükdə çəkilmiş video olduğunu bildiriblər.

"Gözlənilmədən zəng etdi və dedi ki, darıxır və bütün qohumları görmək, atamın məzarını ziyarət etmək üçün tətilə gəlmək istəyir",- Selivanetsinin qardaşı deyib.

Xatırladaq ki, oktyabrın 21-də Sudanda üsyançılar göyərtəsində iki rus olan İl-76 yük təyyarəsini vurublar. Maraqlıdır ki, o, üsyançıların özlərinə kömək edirmiş. Lakin silahlılar təyyarəni düşmən bombardmançısı ilə səhv salıblar. Ekipaj üzvlərindən biri vaxtilə aviasiya dairələrində məşhur olan Viktor Qranov olub. Onu ehtiyatsız macəraçı adlandırırdılar. Lakin eyni zamanda pilot kimi istedadlı biri olub.


Tural

Seçilən
15
news365.az

1Mənbələr