AZ

Çalhanoğlu ÇL matçını da buraxır, mərkəzi oyunu da

İtaliya A seriyasının növbəti turunda "İnter" və "Yuventus" arasında prinsipial matç baş tutacaq. 

Fanat.Az xəbər verir ki, amma Milan klubu oyuna böyük ehtimalla, əsas yarımmüdafiəçisi Hakan Çalhanoğlusuz çıxacaq. 

Türkiyə millisinin üzvü ötən tur “Roma” ilə oyunda zədələnib. Hakanın Çempionlar Liqasında İsveçrə “Yanq Boyz”u ilə matçı buraxacağı dəqiqdir. Ancaq həkimlər məşqçilər korpusununa futbolçunun böyük ehtimalla “Yuventus”a qarşı da oynaya bilməyəcəyi ilə bağlı xəbərdarlıq ediblər. 

"İnter"lə "Yuventus" oktyabrın 27-də üz-üzə gələcəklər. 

Xatırladaq ki, “İnter” İtaliya çempionatının turnir cədvəlində ikinci, "Yuventus" üçüncü yerdədir.

Seçilən
10
fanat.az

1Mənbələr