AZ

Azərbaycanı matəmə qərq edən faciə - Xəzərə gömülən "Merkuri -2", 49 insan... 

Dünyanın hər yerində havada təyyarə və helikopterlərdə, quru nəqliyyat yollarında avtomobillərdə, dəmir yollarında qatarlarda faciə ilə bitən qəzalar, partlayışlar olursa, dənizlərdə gəmilərin qəza törətməsi adi haldır. Bu hallar dünya ilə bərabər Azərbaycanda da baş verən nəticəsi hər birimizi kədərə boğan hadisələrdir.

Adalet.az xəbər verir ki, belə bir dəhşətli hadisə hələ 22 il əvvəl xalqımızı dərindən sarsıtmışdı. Beləki, müstəqiilik illərində Xəzərdə ən böyük gəmi qəzası baş verdi. 2002-ci il oktyabrın 22-də Azərbaycana məxsus «Merkuri-2» gəmisinin batması nəticəsində 50 nəfər həlak oldu. Onlardan 41-nin meyitini tapmaq mümkün olmayıb. Ölüm və itki sayı 49 nəfər! Xəzərin 140 metr dərinliyinə çökən «Merkuri-2» gəmi-bərəsini isə dənizin dibindən çıxarmaq mümkün olmayıb.
Hadisə şahidi, baş elektrik-mexanik Elçin İsmayılov meddiaya müsahibəsində bildirir ki, kapitan bu səfərə çıxmamalı idi, onun səfərdən imtina etmək hüququ var idi : "Biz oktyabrın 21-də səhər saatlarında Qazaxstanın Aktau limanına çatdıq. Yük aparmışdıq. Mən də elektrik vəzifəsində çalışırdım. Yükü boşaldıb geri, Bakıya qayıdırdıq. Yola çıxmazdan əvvəl güclü külək olacağı barədə məlumat aldıq. Bu, səfər üçün təhlükəli idi. Bakı vaxtı ilə 16:00 da gəmi Qazaxıstandan Azərbaycana yola düşdü. Həmin günü dəniz çox fırtınalı idi. Buna baxmayaraq kapitan səfərə davam etdi. Güclü külək gəmini arxadan itələyirdi. Ayın 22-də səhər 10-un yarısında dəhşətli zərbə hiss etdik. Artıq Azərbaycan sularına daxil olmuşduq. Elə bil gəmini arxadan nəynənsə vurdular. Elə həmin anda gəminin burun hissəsində partlayış baş verdi. Mənim başım zərbənin gücündən dirəyə dəydi və huşumu itirdim.
Üstündən xeyli keçəndən sonra hiss etdim ki, kimsə məni tapdalayıb, keçdi. Gözümü açanda gördüm ki, bu gəminin baş mexaniki rəhmətlik Əbil müəllimdir. Üzümüz qaraldığı üçün bir- birimizi tanıya bilmədik. Səsindən bildim ki, bu Əbil müəllimdir. Həmin vaxt birlikdə gəminin üstünə qalxmaq istəyirdik. İçəridə aləm bir-birinə dəymişdi. Kimi qışqırır, kimi ağlayır, kimi dua edirdi. Elə çıxışa yaxınlaşanda gördüm ki, yaşlı bir matros xilasetmə jiletini geyinib. Amma kəmərini bağlamamışdı. Ona yaxınlşadım ki, niyə kəmərini bağlamır. Dedi ki, ona əl vurmayaq, ürəyi partlayar. Elə həmin andaca ürəyi partladı və öldü. Meyiti də batdı. Sonradan tapılmadı.
Biz başa düşdük ki, artıq gecdir. Xilasedici jiletləri geyinib, gəminin üstünə çıxdıq. Suya tullanmağa hazırlaşırdıq. Hava da çox soyuq idi. Elə bu anda ikinci güclü partlayış baş verdi. Artıq hiss etdik ki, ayağımızın alt hissəi qızır. Yanğın başlayırdı. Gəmidə ikinci partlayış baş verəndə suya tullandıq. Gözümüzün qarşısında 20 dəqiqənin içində gəmi suyun dibinə batdı. Həmin vaxt gəminin yaratdığı təyziq məni də suyun dibinə dartmaq istəyirdi. Bir neçə dəfə suyun altına batıb, çıxdım. Əynimdə olan xilasedici jilet batmaqdan xilas etdi”.
Faciədə ölənlərin təxminən 10 nəfəri müxtəlif millətlər, qalanları isə azərbaycanlı olub.
Rəsmi mənbələrin açıqlaması: Qəza baş verərkən bərədə 42 heyət üzvü və 16 sərnişin olub. Hava şəraitinin mürəkkəb olmasına baxmayaraq, əməliyyatda iştirak edən gəmi və vertolyot heyətlərinin yüksək peşəkarlığı və fədakarlığı nəticəsində 9 nəfər xilas edilib, 4 nəfərin cəsədi tapılıb. Qalanların taleyini isə, müəyyən etmək mümkün olmayıb.


Azərbaycan Respublikasının Prezidentinin 26 oktyabr 2002-ci il tarixli, 806 nömrəli fərmanına əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin "Merkuri-2" bərə gəmisinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə 28 oktyabr Azərbaycan Respublikasının ərazisində matəm elan olunur.
Qeyd edək ki9, Xəzər dənizi Azərbaycan xalqının sərvətidir. Bütün resusrları ilə Azərbaycana hər zaman böyük naliyyətlər qazandırıb amma onunla ehtiyatlı davranmaq lazımdır. Ehtiyat əldən verildisə mütləq faciə olacaq. Yəqin ki, xatırlayırsınız, 2015-ci il dekabr ayının 4-də "Günəşli" neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb.
Qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edildi.


Əntiqə Rəşid

Seçilən
35
adalet.az

1Mənbələr