Şəmkirdə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar 42 yaşlı Rauf Rzayev, 45 yaşlı İradə Huseynova və 75 yaşlı Sədaqət Məmmədrzayevdir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info