AZ

Finlandiyanın XİN rəhbərindən Almaniyaya çağırış: Sülh təslim olmaq demək deyil...

Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri Elina Valtonen Almaniyanı Rusiya ilə bağlı illüziyalardan əl çəkməyə çağırıb...

Poliqon Bild nəşrinə istinadən xəbər verir ki, Elina Valtonen bu barədə bazar ertəsi Berlində Şimali Avropa ölkələrinin xarici işlər nazirlərinin görüşündə bildirib.

Burada Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok da iştirak edib.

"Hər kəs sülh istəyir. Lakin sülh təslim olmaq demək deyil", deyə Finlandiyanın XİN rəhbəri qey edib.

Nazir bildirib ki, hər kəs silahı yerə qoysa da, Rusiya prezidenti Vladimir Putin dayanmayacaq.

"Əgər kimsə düşünürsə ki, silahlarımızı yerə qoysaq, Putin dayanacaq, hər şeyi olduğu kimi saxlayacaq, o, yanılır. Xüsusilə qeyd etmək lazımdır ki, biz, Almaniyanın bu proseslərdə çox mühüm rol oynayacağına ümid edirik", deyə Elina Valtonen qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın hibrid hücumları bütün Avropa ölkələrində hiss olunur. İslandiyanın xarici işlər naziri Tordis Kolbrun Reykfyord Qilfadottir də bununla razılaşıb. O, dəniz dibinə çəkilmiş rabitə və elektrik kabellərinin təxribatından müdafiənin təkmilləşdirilməsinə çağırıb, çünki İslandiya onlardan çox asılıdır.

Norveçin xarici işlər naziri Espen Bart Eide isə bildirib ki, onlar Rusiyanın qalib gəldiyi Avropada yaşamaq istəmir.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr