AZ

İcra başçısı “TABIA Group”un açılışında iştirak edib

“PMD Hospitality”dən “TABIA Group”a yenilənən yeni brend qonaqpərvərlik sahəsində gələcək təcrübələri yenidən formalaşdırmağı və yeni standartlar müəyyən etməyi hədəfləyir.

Tədbirdə iştirakçılar “TABIA”nın yeni brend kimliyi, ilhamverən missiyası, vizyonu və strateji hədəfləri ilə tanış olublar.

Brendin geniş portfeli sağlamlıq hotelləri, rezort və şəhər hotellərindən ibarətdir və bu məkanlarda qonaqlara müstəsna qonaqpərvərlik təcrübələri təqdim olunur.

“TABIA Group”un baş direktoru Uygar Koçaş bu transformasiyanın əhəmiyyətini vurğulayıb və bildirib ki, “TABIA”nın rebrendinqi şirkətin tarixində mühüm bir dönüş nöqtəsidir: “Bu yenilik bizim qonaqpərvərliyə olan həvəsimizi və qonaqlarla olan hər təcrübədə sağlamlığı əsas tutaraq yaratdığımız mühitə olan davamlı diqqətimizi əks etdirir. Missiyamız fərdə yönəlik sağlamlıq və istirahət təcrübələri ilə gözləntiləri aşmaqdır, vizyonumuz isə “TABIA”nı həm yerli, həm də beynəlxalq səviyyədə lider etməkdir”.

İştirakçılar “TABIA Group”un yaxın zamanda istifadəyə veriləcək yeni layihələri - “Hilton Garden Inn Baku”, “Ağdam City Hotel” və “The Central Point Hotel Baku” hotelləri, həmçinin sağlamlıq sahəsində transformativ bir təcrübə təqdim edən “YENEE” ilə tanış olublar.

Bu yeni məhsul müasir tibbi metodologiyalarla birlikdə fərdiləşdirilmiş qidalanma proqramlarını və ixtisaslaşmış müalicələri bir araya gətirərək, müştərilərinin fiziki, psixoloji və emosional sağlamlığını ön plana çıxarır.

Bundan əlavə, “TABIA Group” qonaqlarına yenilənmiş, istifadəsi asan və müasir dizaynlı veb-saytını təqdim edib.

Sonda “TABIA”nın qonaqpərvərlik vizyonunu və onun unikal təkliflərini vizual olaraq təqdim edən təsirli reklam çarxı nümayiş olunub.

Seçilən
63
10
naftalan-ih.gov.az

10Mənbələr