AZ

AVROPADAN GÜRCÜSTANA RUSİYA İLƏ 3-4 GÜNLÜK DÖYÜŞMƏYİ TƏKLİF EDİBLƏR?

İvanişvilidən şok iddia: "Qərb Gürcüstana Rusiya ilə 3-4 gün döyüşməyi və “dərhal meşələrə çəkilməyi" təklif edib..."

Tezadlar.az bildirir ki, bu sensasion iddia ilə hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri və seçki siyahısında bir nömrə olan Bidzina İvanişvili çıxış edib. O bildirib ki, Qərb rəsmiləri Qərbin dəstəyini almaq perspektivi ilə Rusiya Federasiyası ilə “ikinci cəbhə” açmaq üçün Gürcüstana təzyiq göstəriblər. İvanişvili SOVA portalına müsahibəsində belə deyib. İvanişvilinin sözlərinə görə, Gürcüstanın keçmiş baş naziri və “Gürcü Arzusu”nun hazırkı rəhbəri İrakli Qaribaşvili isə deyib ki, yüksək rütbəli Qərb rəsmilərindən biri Gürcüstana “3-4 gün döyüşməyi, sonra isə meşələrə çəkilərək partizan döyüşlərini davam etdirməyi təklif edib... İrakli isə soruşub ki, yaxşı, olar, amma siz təsəvvür edirsiniz ki, biz neçə gün tab gətirə bilərik? Onlar 3-4 günə bizi məhv edər...".

Onun sözlərinə görə, qərbli rəsmi şəxs cavab verib ki, 3 milyon gürcü var və ruslar onları 3-4 günə öldürə bilməyəcək axı. Sitat: "Siz partizan hərəkatı təşkil edərək, meşəyə gedə bilərsiniz, biz də sizi təmin edəcəyik, sizə kömək edəcəyik və oradan nə lazımdır dəstək verəcəyik....".

İvanişvili bildirib ki, 2008-ci ildə Gürcüstan və Ukrayna alyansın “əsl koordinatorları” tərəfindən NATO-ya qəbul olunmayıb, çünki onları Rusiya Federasiyasına qarşı müharibədə “döyüşəcək insan qüvvəsi” kimi saxlayırdılar. 

Rusiya rəsmilərinin, yaxud Avropa səlahiyyətlilərinin bu sensasion açıqlamaya hələki mövqe cavabı yoxdur...

A.Məmmədli

Seçilən
36
50
tezadlar.az

10Mənbələr