AZ

Adana Dad Festivalında kabab və şalğam rekordu qırıldı

Yazını böyüt
Yazını kiçilt

Adananın ənənəvi ləzzət ziyafəti olan 8-ci Beynəlxalq Adana Dad Festivalı bu il də böyük coşğu ilə qeyd olundu. “Kökləri ilə Adana” mövzusu ilə təşkil edilən festival 800 mindən çox yerli və xarici turisti qəbul etməklə qastronomiya turizmində ciddi uğur qazanıb.

Hafta.az-ın yazdığına görə, Adana Qubernatorluğunun rəhbərliyi ilə, Adana Böyükşəhər Bələdiyyəsi, rayon bələdiyyələri, palatalar və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı ilə təşkil olunan festival 4 gün ərzində ləzzətli yeməklərin, rəngarəng tədbirlərin və unudulmaz anların mərkəzinə çevrilib. Festival zamanı iştirakçılara Adana mətbəxinin bənzərsiz dadları, küçə ləzzətləri, aşpaz təqdimatları, müsahibələr, yemək bişirmə yarışmaları və Mişelin ulduzlu aşpazların xüsusi şərhləri ilə unikal təcrübə təklif olunub.

Festivalın Adanaya iqtisadi və tanıtım baxımından böyük töhfələr verdiyini ifadə edən vali Yavuz Səlim Köşgər, 13 min yataq tutumlu bütün otellərin dolu olduğunu, ətraf vilayət və rayonlardakı otellərin də festivaldan müsbət təsirləndiyini söyləyib. Köşgər festivalın cəmi 3,7 milyard lirə iqtisadi dəyər yaratdığını vurğulayaraq, Adananın qastronomiya turizmində əhəmiyyətli bir marka halına gəldiyini ifadə edib.

Festival çərçivəsində qurulan 76 stenddə 48 qadın kooperativi və 13 bələdiyyə öz yerli məhsullarını ziyarətçilərə təqdim edib. Festivalda Adana deyincə ilk ağıla gələn kabab və şalgam da böyük marağa səbəb olub. Tədbir zamanı təxminən 500 min şiş ət və 400 min şüşə şalgam istehlak edildiyi bildirilib.

Seçilən
16
hafta.az

1Mənbələr