AZ

DYP yağışlı hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir (FOTO/VİDEO)

Bakı. Trend:

Yağışlı hava şəraiti ilə əlaqədar küçə və prospektlərdətəhlükəsizliyi, o cümlədən nəqliyyatın intensivliyini təmin etməkməqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimindəxidmətlərini davam etdirirlər.

Trend xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisiİdarəsindən bildirilib.

Bildirilir ki, nasazlıq səbəbindən yollarda qalan avtomobillərinsürücülərinə polis əməkdaşları köməklik göstərərək nəqliyyatvasitələrinin yolun hərəkət hissəsindən çıxarılmasını təminediblər.

Aramsız yağan yağışın fəsadlarının aradan qaldırılması üçünpaytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrininhərəkətinə məhdudiyyət tətbiq edilib, avtomobillər alternativyollara istiqamətləndirilib.

Həmin istiqamətlər üzrə də sıxlığın yaranmaması üçün yol polisitərəfindən tənzimləmə işləri tətbiq edilir.

DYP
DYP
DYP
DYP
DYP
DYP
DYP
Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr