Ölkə ərazisində yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək.
Bu barədə Titul.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib ki, müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək:
"Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək".