AZ

SOCAR Qarabağ və Şərqi Zəngəzurda bu işləri həyata keçirəcək

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qarabağ və Şərqi Zəngəzuriqtisadi rayonlarında görüləcək işləri açıqlayıb.

Bu barədə Trend SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişafhaqqında hesabatına istinadən xəbər verir.

Bildirilib ki, SOCAR Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsi üçünhazırdır və bu çərçivədə aşağıda qeyd olunan tədbirlər vasitəsiləiştirakı mümkündür:
Emissiyaların azaldılması – enerji səməriliyinin artırılması,“CCU/CCUS” və s. kimi imkanların tətbiqi;
EV infrastrukturunun qurulması – elektrikli nəqliyyat vasitələriüçün regional infrastrukturun qurulması;
Qazın əvəz edilməsi – qazın bərpa olunan enerji, H2, və digər yaşılenerji həlləri ilə əvəz edilməsi;
Yaşıl yanacaq istehsalı – ənənəvi karbohidrogen yanacağının bioqazvə biodizellə əvəz edilməsi.

Qeyd edək ki, SOCAR beynəlxalq iqtisadi inkişaf proseslərindəyaxından iştirak edən, neft-qaz sənayesində fəaliyyət göstərən,qlobal arenada əhəmiyyətli yer tutan Azərbaycanın ilk milli neftşirkətidir.
Şirkət Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci iltarixli Fərmanına əsasən əsası qoyulmuş və öz fəaliyyətiçərçivəsində iqtisadi, sosial və ətraf mühitə müsbət vəməsuliyyətli təsirlərin yaradılması məqsəd qoyulmuşdur. Buməqsədlərə nail olunması üçün Şirkətin strategiyası, siyasət vəqaydaları, həmçinin, müvafiq missiya və məramı müəyyən edilmişdir.Dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində Şirkəttərəfindən həyata keçirilən bütün yeni layihələrdə ekoloji vəsosial effektivliliyin artırılması əsas prinsiplərdən birini təşkiledir.

Məqalədə:
Seçilən
19
1
az.trend.az

2Mənbələr