Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış itkisiz ötüşməyib.
“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb.
Xatırladaq ki, həmin tuneldə “Ford” markalı avtomobil də batıb.
***
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.