Azərbaycan millisinin hücumçusu Renat Dadaşov əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bunu "Ankaragücü"nün mətbuat xidməti açıqlayıb.
1-ci Liqa təmsilçisinin açıqlamasında forvardın qasıq nahiyyəsində yırtıq olduğu üçün əməliyyat edildiyi bildirilib. Dadaşovun 4-6 həftədən sonra məşqlərə başlayacağı bildirilib.
Qeyd edək ki, Renat bu mövsüm "Ankaragücü"nün heyətində 9 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
"Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
"Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir