AZ

ADRA-da reklam yayıcıları ilə növbəti görüş keçirilib

ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun açıq məkanda reklam fəaliyyəti ilə məşğul olan şirkətlərin nümayəndələri ilə növbəti görüşü keçirilib.

FED.az xəbər verir ki, görüşdə açıq məkanda reklam sahəsindəki mövcud vəziyyət müzakirə edilib, paytaxtda və regionlarda təhlükəsiz istismara cavab verməyən reklam qurğularının sökülməsi, eləcə də yayımlanan reklamların estetik görünüşündəki bəzi çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək işlərdən bəhs edilib. Qeyd olunub ki, Bakıda və bölgələrdəki köhnə reklam qurğuları yenilənməli, mövcud müasir qurğuların təmizliyinə və estetik görünüşünə xüsusi diqqət yetirilməlidir. İdarə Heyətinin sədri irimiqyaslı tədbir olan COP29 zamanı açıq məkanda monitor tipli reklam qurğularından istifadə zamanı informasiya təhlükəsizliyinin və kibertəhdidlərdən qorunmanın təmin olunması üçün reklam yayıcılarını təlimatlandırıb və bununla bağlı müvafiq tapşırıqlarını verib. 

ADRA-daADRA-daADRA-da
Seçilən
28
1
fed.az

2Mənbələr