AZ

Təbii inhisar subyektləri üzrə baxılmış istehlakçı müraciətlərinin sayı açıqlanıb

Bu ilin yanvar-sentyabr ayları ərzində təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində 816 istehlakçı müraciətinə baxılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 50 faizədək çoxdur.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, hesabat dövründə baxılan müraciətlərin 21 faizi təmin edilib.

Dövlət Xidməti tərəfindən istehlakçıların təbii inhisar subyektləri ilə münasibətdə Rəqabət Məcəlləsində təsbit edilən tələblərdən irəli gələn hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Seçilən
30
vergiler.az

1Mənbələr