"Sabunçu keçidi"ndə batmış ikinci şəxsin də şəxsiyyəti müəyyənləşdirilib.
Yenisabah.az xəbər verir ki, bu, 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğludur.
Cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. vakansiyalar
Xatırladaq ki, bundan əvvəl 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi aşkarlanaraq ailəsinə təhvil verilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız