FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Bizim.Media xəbər verir ki, K.Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək “Şaxtyor” (Donetsk, Ukrayna) – “Yanq Boyz” (İsveçrə) oyununun baş hakimi olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Patrik Şvengers yerinə yetirəcək.
Noyabrın 6-da Gelzenkirxen şəhərində yerləşən “Parkstadion”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta