"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində sabah "Bayern Münhen"ə qarşı keçirəcəkləri ev oyununda meydana çıxmaya bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Diario Sport" yayıb.
Xəbərə görə, zədəsini yeniləməkdən ehtiyatlanan Daniel İspaniya La Liqasının 10-cu turunda reallaşan görüşü - "Sevilya" ilə dueli kənardan izləyib və onun "Bayern"ə qarşı oynaması da sual altındadır.
Xatırladaq ki, 26 yaşlı Olmo son dəfə La Liqanın 5-ci turunda "Jirona"ya qarşı mübarizə aparıb və Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşan həmin qarşılaşmada xəsarət alıb.
Nihat