AZ

U-23 dünya çempionatı: Üç güləşçimizin bürünc şansı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatında ilk medalçılar bəlli olur.

İdman.biz xəbər verir ki, 3 yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.

Nihat Quluzadə, Azərbaycanın 5 klassiki medal uğrunda mübarizəyə qoşulub.

U-23 dünya çempionatı
Yunan-Roma güləşi
60 kq

Yarımfinalda uduzan Nihat Quluzadə bürünc uğrunda rumıniyalı Denis Florin Mihai ilə qarşılaşacaq.

67 kq
Fərid Xəlilov ilk təsəlliverici görüşdə albaniyalı Daniel Dayaniyə tam üstünlüklə (8:0), ikinci təsəlliverici görüşdə isə yaponiyalı Haruto Yabeyə 6:4 hesabıyla qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Fərid bürünc medal uğrunda polşalı Arslanbek Salimovla 🇵🇱 güləşəcək.

82 kq
Finala gedən yolda məğlub olan Elmin Əliyev medal görüşündə Data Çxaidze ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 27-də yekun vurulacaq.

İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr