AZ

Yubiley matçında qələbə qazandı

İspaniya La Liqanın 10-cu turunun “Selta” ilə səfər matçı (2:1) “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.

Bu matç italyan mütəxəssisin Madrid klubu ilə 200-cü La Liqa oyunu olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Real”ın rəhbərliyi bu münasibətlə Ançelottiyə “200” nömrəli forma hədiyyə edib.

Ançelotti 2021-ci ilin yayından “Real”ın baş məşqçisidi. O, komandanı 2013-15-ci illərdə də çalışdırıb.

Seçilən
33
football-plus.az

1Mənbələr