AZ

Sertifikat xidmətlərinin göstərilməsi qaydaları dəyişdi

Bakı. Trend:

Nazirlər Kabineti 28 yanvar 2006-cı il tarixli qərarı ilə təsdiqedilmiş "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatınverilməsi və reyestrin aparılması Qaydaları"nda dəyişiklikedib.

Trend xəbər verir ki, bununlabağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, bundan sonra xidmətlərin göstərilməsi məsafədənhəyata keçirildikdə akkreditə edilmiş mərkəz biometrikidentifikasiya vasitəsilə müraciət etmiş şəxsin kimliyini təsdiqedir. Bu zaman şəxsin müraciəti, sertifikatın və imza vasitələrininistifadə qaydaları, mərkəzin hüquqi statusu və akkreditə vəziyyətibarədə müraciət etmiş şəxsin məlumatlandırılması və müqaviləninimzalanması akkreditə edilmiş mərkəzin proqram təminatı vasitəsiləhəyata keçiriləcək.

Xidmətlərin göstərilməsi biometrik identifikasiya vasitəsiləhəyata keçirildikdə, müraciət etmiş şəxsin müəyyənləşdirilməsi üçünaparılan sorğu-axtarış işlərinə dair informasiya və biometrikməlumatlar, həmçinin şəxsin müraciətini əks etdirənvideomateriallar akkreditə edilmiş mərkəzin məlumat bazasındasaxlanılacaq.

Xidmətlərin göstərilməsi üçün lazımi sənədlər imza sahibininrazılığı ilə dövlət orqanlarının (qurumlarının) informasiyaehtiyatlarından və sistemlərindən əldə edilir. Bu mümkün olmadıqdahəmin sənədlər (məlumatlar) müraciət etmiş şəxs tərəfindən elektronqaydada akkreditə edilmiş mərkəzə təqdim olunacaq.

Seçilən
54
8
az.trend.az

10Mənbələr