AZ

Futzal turnirinin qalibi bəlli olub - FOTO

Oktyabrın 22-si İlham Əliyev adına Olimpiya İdman Kompleksində dövlət qurumlarının əməkdaşları arasında muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş futzal üzrə Naxçıvan Muxtar Respublika turnirinin mükafatçıların adları bəlli olub.

İdman.biz xəbər verir ki, final matçında Maliyyə və Kənd Təsərrüfatı nazirliklərini təmsil edən komandaları qarşılaşıblar.

Qarşılıqlı hücumları və qolları ilə izləyənlərə həyəcanlı anlar yaşadan tərəflərin mübarizəsində Maliyyə Nazirliyi 7:4 hesablı üstünlüklə turnirin qalibi olub. Kənd Təsərrüfatı Nazirliyi ikinci yeri tutub.

Üçüncülük uğrunda görüşdə Daxili İşlər (DİN) və Ədliyyə nazirliklərinin komandaları üz-üzə gəlib DİN təmsilçisi 4:0 hesablı qələbə qazanıb.

Final matçından sonra turniri ilk üçlükdə tamamlayan komandalar, fərqlənən oyunçular, məşqçi və hakimlər mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov, Azərbaycan Futzal Federasiyasının (AFF), eyni zamanda Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov, maliyyə naziri Həsən İsmayılov, Kənd təsərrüfatı naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Xəyalə Dadaşova, Nazirlər Kabinetinin məsul şəxsi Həsən Kərimov və NFF-nin baş katibi Raqif Abbasov təqdim ediblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, AFF və NFF tərəfindən birgə təşkil olunan turnirə 17 komanda qatılmışdı.

İdman.biz

Seçilən
19
idman.biz

1Mənbələr