AZ

"Nikolas Şmitin Azərbaycan əleyhinə əsassız və qərəzli bəyanatını rədd edirik" - XİN

İsrail Ordusu "Hizbullah" hərəkatının lideri Haşem Safiuddin öldürüldüyünü təsdiqləyib.

“Report”un məlumatına görə, bu barədə “Reuters” xəbər verib

Qeyd edilir ki, hərəkatın sabiq lideri Həsən Nəsrullahın varisi zərərsizləşdirilib.

Xatırladaq ki, H.Nəsrullah sentyabrın 27-də İsrailin Beyrutda hərəkatın mərkəz qərargahını bombalaması nəticəsində ölüb. Onunla birlikdə ölən hərəkat liderlərinin adları da açıqlanıb: Əli Karaki "Hizbullah"ın cənub cəbhəsinin komandiri, İbrahim Huseyn Cazini -Şeyx Həsən Nəsrullahın şəxsi mühafizə xidmətinin rəisi, Samir Taufik Diab - Həsən Nəsrullahın məsləhətçisi, Abd əl-Əmir Məhəmməd Siblini – "Hizbullah"ın qüvvələrinin formalaşdırılmasına məsul şəxs, Əli Navaf Ayub – "Hizbullah"ın atəş gücünə məsul şəxs. İbrahim Huseyn Cazini və Samir Taufik Diab Həsən Nəsrullaha ən yaxın fiqurlar olub.

Haşem Safiuddin sentyabrın 30-da “Hizbullah”ının yeni baş katibi seçilib. O, Həsən Nəsrullahın ən yaxın qohumudur. Haşem əvvəllər “Hizbullah”ın İcra Şurasına başçılıq edib, hərəkatda ikinci fiqur sayılıb.

Seçilən
20
6
azpolitika.info

10Mənbələr