Məşhur türkiyəli aktyor Kerem Bürsin yeni eşqə yelkən açıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyorun türkiyəli iş adamı Sakıp Sabancının nəvəsi Melisa Tapanla 2 aydır eşq yaşadığı məlum olub.
Bir müddət öncə Bürsin müsahibələrinin birində “Ürəyim dolu... Çox xoşbəxtəm, münasibətimiz çox gözəl başlayıb”, - demişdi.
Qeyd edək ki, Melisa Tapan Sevil Sabancı ilə Bedri Eran Tapanın qızı, Sakıp Sabancının nəvəsidir.