AZ

Vatsapda nəhayət bu da mümkün olacaq - YENİLİK

Vatsap messencerində telefonun ünvan kitabçasından asılı olmadan kontaktları saxlamaq mümkün olacaq. SİA xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.

Belə ki, messencer istifadəçilərə kontaktları tətbiqdə saxlamağa imkan verən daxili kontakt menecerini təqdim edib. Yenilik sayəsində telefonunuzu itirsəniz və ya cihazınızı dəyişdirsəniz kontaktların itirilməsinin qarşısı alınacaq. Bu yeniləmənin ən faydalı cəhətlərindən biri istifadəçilər yeni kontakt əlavə etdikdə görünən “Kontaktı telefonla sinxronlaşdır” başlıqlı yeni keçiddir. Bu keçid istifadəçilərə müəyyən kontaktı telefonlarının ünvan kitabçası ilə sinxronlaşdırmaq və ya onu yalnız vatsapda saxlamaq istəyib-istəmədiklərini müəyyən etməyə imkanı verir.

İlk olaraq “WhatsApp Web” və “Windows” versiyasında kontaktları saxlamaq mümkün olacaq. Bu imkan tədricən digər cihazlarda da aktiv olacaq.

Seçilən
3
4
sia.az

5Mənbələr