AZ

Polşanın Rusiya konsulluğunu bağlayacaq

Polşa Rusiya konsulluğunu bağlamaq qərarına gəlib.

“İki sahil”in məlumatına görə, Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, son günlər prokurorluq ölkədəki təxribat cəhdlərinin arxasında xarici kəşfiyyat təşkilatının dayandığına dair güclü dəlilləri məhkəməyə təqdim edib.

“Xarici işlər naziri olaraq, Polşa və müttəfiq ölkələrdə təxribat cəhdlərinin arxasında Rusiya Federasiyasının dayandığına dair məlumatım var. Bu səbəbdən Rusiya Federasiyasının Poznandakı konsulluğunun fəaliyyət icazəsini geri götürməyə qərar verdim. Konsulluğun əməkdaşları Polşa Respublikasında “persona non qrata” (arzuolunmaz şəxs) hesab olunurlar”, nazir deyib.

Sikorski Rusiyadan hibrid müharibəsinə son qoymasını tələb edib. Hibrid müharibənin davam edəcəyi təqdirdə növbəti addımları atma haqqını özlərində saxladıqlarını ifadə edən Sikorski, "Bir addım belə geri çəkilməyəcəyik, Polşa Respublikası və polşalıları müdafiə edirik", - dedi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın qərarını növbəti düşmən addımı kimi qiymətləndirib və Rusiyanın cavabının ağrılı olacağını bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasının paytaxt Varşavadakı səfirliyindən başqa, Polşanın Qdansk, Krakov və Poznanda konsulluqları var.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
43
1
ikisahil.az

5Mənbələr