AZ

Doktor Zamenhof və esperanto dili – Stalinlə Hitlərin yeni dünya dilinə təpkisi nədən qaynaqlanırdı?

Esperanto dili Yer üzünün bütün xalqları üçün universal  dil kimi yaradılan süni  dildir. Bu dilin yaradıcısı  ümid edirdi ki, bütün insanlar onu öyrənəcək və o, planetdə əsas dil olacaq. Doktor Zamenhof ixtira etdiyi dilin  dünya müharibələrini dayandırmaq gücündə olacağına ümid edirdi.  Amma zaman göstərdi ki, dövrün siyasi liderləri esperanto dilinə qarşıdır və onun yayımasını istəmirlər.  Bəs necə oldu ki, ideal dünya nizamı layihəsi uğursuzluğa uğradı.

Doktor  Zamenhofun universal dili və ya utopiyası

19-cu əsrin sonlarında əvvəlcə Prussiyaya, sonra isə Rusiyaya məxsus Bialystok şəhəri yenidən  Polşanın  tərkibinə  qayıtdı. Bialystok  beynəlmiləl şəhər idi və burada  polyaklar, almanlar, ruslar, hətta Aşkenazi yəhudiləri yaşayırdı. Hər qrup  öz dilində danışırdı. Bialystokun qərbində yəhudi evlərinin birində yaşayan Lüdvik Lazar Zamenhof bütün şəhər sakinlərinin eyni dildə danışmaları üçün yeni ideya irəli sürdü. Lazar Zamenhof əvvələr  Rusiya İmperiyasına məxsus  Belostokda yaşamışdı. Lazar Markoviç ali təhsini Moskvada almışdı və doğma şəhərində həkim işləyirdi.  O,  bütün xalqların bir-biri ilə sülh içində yaşayacağı günü arzulayırdı. Həkim yer üzündə baş verən zorakılığın və bütün müharibələrin səbəblərini müxtəlif millətlərin nümayəndələrinin bir-birini başa düşməməsində görürdü. O, inanırdı ki, müxtəlif qruplar asanlıqla ünsiyyət qura bilsələr, dünyada müharibə olmayacaq.

 1887-ci ilin iyulun 26-da Zamenhofun “Unua Libro”adlı kitabı nəşr edildi.  Kitabda həkimin esperanto və ya “ümid” adını verdiyi yeni bir dil təqdim edilirdi.  Lazar Markoviç bu dili inkişaf etdirmək üçün uzun illər sərf etmişdi.   Çoxmillətli  şəhərdə yaşayaraq, Bialystokdakı  bütün milli icmaların dillərini öyrənmişdi.  Bu da ona esperanto lüğəti yaratmağa kömək etdi. Yeni lüğət ingilis, fransız, alman, yunan, italyan, latın, polyak, rus və yəhudi sözlərindən ibarət idi. Dünya dillərinin qrammatikası əsasən Avropa dillərinin təsiri altındadır. Bəzi yeniliklər Asiya dillərinin elementlərinə çox bənzəyir.

 Lazar Markoviç Zamenhof və onun həyat fəaliyyəti.

Doktor Zamenhofun utopiyası uğursuzluğa düçar oldu bə esperantonun gücü qlobal zorakılığı dayandırmağa çatmadı. Avropanın mərkəzindəki hərbi münaqişələri də qismən dil fərqləri ilə izah edənlər tapılır. Tarixdə belə səbəblərdən kifayət qədər müharibələr olub. Amma həmin dil və onun dünya sülhü vədi heç kimə fayda vermədi. Bu dili ümumiyyətlə yayılmağa qoymadılar.  Bu gün esperanto yalnız dar intellektual dairələrdə ünsiyyət vasitəsidir.  Ümumilikdə,  təxminən iki milyon insan “ümid dilində” danışa bilir.

Hər kəs üçün bir dil

 O dövrün siyasi xadimləri hesab edirdilər ki, Zamenhofun hazırladığı dil xalqları öz ana dilindən məhrum edə bilər. Amma Lazar Markoviç fərqli düşünürdü.  O, ancaq ümumbəşəri harmoniya və anlayışın qarşılıqlı  hökm sürməsini istəyirdi. Ümumbəşəri dil yalnız ikinci  dilə çevrilməli və beynəlxalq anlaşmanı, əlbəttə ki, sülhü təşviq etməli idi. Esperanto dilini öyrənmək çox asandır. İçindəki isimlərin heç bir qrammatik cinsi yoxdur. Heç bir nizamsız fel istifadə olunmayıb, ona görə də mürəkkəb birləşmə cədvəllərini yadda saxlamağa ehtiyac yoxdur. Üstəlik, orfoqrafiya tamamilə fonetikdir, buna görə də müxtəlif kontekstlərdə fərqli səslənən səssiz hərflər oxucunu heç vaxt çaşdırmaz.

Zamenhof esperanto dilinin 16 əsas qaydasını ortaya qoydu və lüğət təqdim etdi. Bu kitab dünyanın ondan çox dilinə tərcümə edildi. Zamenhof yaradıcılığından əvvəl bütün fərdi hüquqlardan imtina etdiyini qeyd etdi. Onun fikrincə esperanto bütün  cəmiyyətin mülkiyyətidir. Əvvəlcə Lazar Markoviçin fikirləri dünyada güclü əks-səda yaratdı.  Buna görə də yeni dil  sürətlə yayıldı. 1905-ci ildə ilk Ümumdünya Esperanto Konqresi keçirildi .  Zamenhof 14 dəfə Nobel Sülh Mükafatına namizəd göstərilsə də,  heç vaxt bu yüksək mükafatı ala bilməyib.

Lazar Markoviç Zamenhof abidəsi.

Zamenhof irsi bu gün də yaşayır. Universal Esperanto Assosiasiyası bu dildən istifadə etməklə insanlar arasında münasibətləri təşviq etməklə məşğuldur. Təşkilatın dünya sülhünə verdiyi töhfələrə görə Nobel Sülh Mükafatına yüzdən çox namizəd var. Axı Esperanto  dil maneələri olmadan hamı ilə ünsiyyət qurmağa kömək edir.

Birinci Dünya Müharibəsindən sonra Millətlər Liqası yaradıldı. Bu, bütün gələcək münaqişələrin qarşısını almaq ümidi ilə edildi. Elə ilk iclasda İrandan olan  nümayəndə esperanto dilini beynəlxalq münasibətlərin universal dili kimi qəbul etməyi təklif etdi. Fransadan olan nümayəndə dərhal təklifə veto qoydu. O, fransız dilinin diplomatiyadakı imtiyazlı mövqeyindən məhrum ediləcəyindən ehtiyat  etdiyi üçün bu addımı atdı. Az sonra Fransa hakimiyyəti  esperanto dilini ölkədə tamamilə qadağan etdi.

SSRİ-də də esperantoya üstünlük verilmirdi. SSRİ-də bu dildə danışanlar  casus  hesab olunurdular. 1937-ci il repressiyası zamanı  bu dildə danışanların əksəriyyəti ya Sibirə göndərildi, ya da güllələndi.

Almaniyada isə Adolf Hitler ümid dilini yəhudilərin dünyanı ələ keçirmək planı olduğunu bəyan etdi. Üçüncü Reyx dövründə Gestapo Zamenhofun nəslini axtarmaq üçün xüsusi tapşırıqlar aldı. Almanlar onun ailəsini ələ keçirdilər və üç uşağı və həyat yoldaşı Holokostda həlak oldu.

 Adolf Hitler və İosif Stalin niyə esperantoya nifrət edirdi?

1954-cü ildə UNESCO  Universal Esperanto Assosiasiyasını tanımaq və onunla əlaqələr qurmaq üçün qətnamə qəbul etdi. Qətnamə sülh dilinin yayılmasını nəzərdə tuturdu.  Dil UNESCO-nun dillə bağlı bütün tədbirlərində təmsil olunur.1985-ci ildə YUNESKO ölkələri esperanto dilini öz məktəb proqramlarına daxil etməyə çağıran  qətnamə qəbul etdi. Çində esperanto dili bir neçə universitetdə xarici dil kimi tədris olunur. Onlardan birində hətta dilə həsr olunan  muzey də var. Polşanın Adam Mickiewicz Universitetində dillərarası proqram tamamilə esperanto dilində tədris olunur. 2017-ci il YUNESKO tərəfindən Zamenhof ili elan edilib. O vaxtdan bəri təşkilatın flaqman jurnalı esperanto dilində rüblük bir nömrə dərc edir.

Bu gün esperanto bütün dünyada həvəskar səviyyədə  danışılır. İnternet bu dildə pulsuz kursların və təlim proqramlarının geniş seçimini təklif edir. Esperanto qrammatikası üzrə tam bələdçi Google Tərcümə də mövcuddur. “Dünya Dili”nin öz Vikipediya nəşri də var və hazırda Danimarka, Yunan və Uels dillərində oxşar nəşrlərdən daha çox məqalə var.

“Esperanto” sözü  “ümid edən” deməkdir. Bəlkə də dünyadakı bütün zorakılıqlara universal  dillə son qoymaq ümidi idealist və utopikdir. Amma heç kim mübahisə edə bilməz ki, istənilən müharibə həmişə sülh danışıqları ilə başa çatır. Qarşı tərəflər tərcüməçilərin xidmətindən istifadə edirlər. Zamenhof hesab edirdi ki, neytral bir dil olsaydı, hər şey sadə olardı. Bu, insanlara fikir ayrılıqlarını aradan qaldırmağa kömək edər,bəlkə o zaman həqiqətən də müharibələr olmazdı.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
9
konkret.az

1Mənbələr