AZ

Səlim Müslümovun oğlunun şirkəti ölkədən pul çıxarıb və geri qaytarmayıb

“Orion Global” şirkətinin ölkədən valyuta çıxarılması ilə bağlı cərimələnməsi üçün məhkəməyə müraciət edilib...

Poliqon xəbər verir ki, “Orion Global” şirkətinin cərimələnməsi ilə bağlı iddia Binəqədi rayon Məhkəməsində araşdırılacaq. İddiaya hakim Zamiq Bağırov baxıb qərar verəcək.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 430.4. maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cəzalar nəzərdə tutulur.

Bu maddəni pozan vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Orion Global” şirkəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümlüyə aid olub. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində də "Orion Global" MMC-nin qanuni təmsilçisi Sadıqov Mirsadiq Sadıq oğludur.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr