AZ

Polşa Rusiyanın Poznandakı konsulluğunu bağlayır.

Polşa Rusiyanın Poznandakı konsulluğunu bağlayır. Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

O, bu addımın “hibrid müharibə və Rusiyanın Polşa ərazisindəki təxribat hərəkətlərinə” cavab olduğunu iddia edir.

“Çağırışlara qətiyyətlə cavab vermək Xarici İşlər Naziri kimi mənim borcumdur. Rusiyanın Poznandakı konsulluğunun bağlanması yalnız ilk addımdır. Biz geri addım atmayacağıq. Biz Polşanı müdafiə edirik, polyakları müdafiə edirik”, Sikorski deyib.

Ülviyyə, Hurriyyet.az

Seçilən
23
hurriyyet.az

1Mənbələr