AZ

AMB: BOKT-ların aktivləri gələn il 1 mlrd. manatı ötəcək

2025-ci ilin sonuna kimi Azərbaycanda BOKT-ların aktivləri 2 dəfə artacaq. BOKT-lərin aktivlərinin bir milyard manatı ötməsi hədəflənir.

APA-Economics” xəbər verir ki, bunu “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı Mərkəzi Bankın Kredit Təşkilatlarına Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov deyib.

O bildirib ki, aktivlərlə yanaşı BOKT-ların kapitalı 482 milyon manata yüksəlib. Bu həm sözügedən təşkilatların mənfəət generasiyası, həm də bazara yeni təşkilatların dazil olmasınilə bağlıdır.

“Aktivlərin artımı ilə yanaşı BOKT-ların şəbəkələri genişlənir. Mikro maliyyə sektorundan filialların sayı 302-yə çatıb. Banklarla müqayisədə BOKT-lərin regionlarda genişlənməsi daha müsbət hal alıb. Sektorda çalışanların sayı 3500-ə, müştəri sayı isə 700 minə çatıb”- şöbə rəisi əlavə edib.

Seçilən
29
3
apa.az

10Mənbələr