AZ

Avtomobil ilə böyük su kütləsinə düşsəniz, bunları etməlisiniz!

Avtomobiliniz ilə böyük su kütləsinə düşsəniz, sağ qalmaq üçün bir neçə üsul var.

Azerforum.com həmin üsulları təqdim edir:
1. Su ilə toqquşmadan əvvəl sükanı tam düz saxlayaraq hava yastıqlarının açılmasının qarşısını almalısınız.
2. Maksimum sakit, amma sürətli olmalısınız. Panikaya düşmək enerjinizi azaldacaq, sizi tez yoracaq. Plan qurun.
3. Təhlükəsizlik kəmərinizi açın.
4. Əgər suyun səviyyəsi qapının şüşələrinə çatmayıbsa, şüşəni aşağı endirin. Çünki su səviyyəsi yüksəldikdə şüşəni sındırmaq daha çətin olacaq.
5. Pəncərəni aça bilmirsinizsə, oturacaqlardan birinin başlıq hissəsini yerindən çıxardın, başlığın altındakı metal hissələr ilə şüşəni qırın.
6. Avtomobildə uşaqlar varsa, əvvəlcə uşaqları çölə çıxardın.
7. Maksimum sürətlə avtomobili tərk edin.
8. Bütün bunları edə bilməmisinizsə, avtomobildə qalan son hava ilə dərindən nəfəs alıb qapılardan birini açmağı yoxlayın. Çətin olsa da, mümkündür.

Qeyd: Bir avtomobilin su ilə dolması ölçülərindən asılı olaraq 60 - 120 saniyə arasında dəyişir. Avtomobilin şüşəsini asanlıqla qırmaq və ilişən kəmərləri kəsmək üçün kiçik alətlər satılır, onlardan alıb istifadə edə bilərsiniz.
Seçilən
295
azerforum.com

1Mənbələr