AZ

Azərbaycanın Gimnaziada İdman Oyunlarındakı bayraqdarları məlum olub

Azərbaycan komandasının Bəhreynin paytaxtı Manama şəhərində keçiriləcək Gimnaziada İdman Oyunlarındakı bayraqdarları bəlli olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışın açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını paraüzgüçü Əli Vəliyev və taekvondoçu Xuraman Cavadzadə daşıyacaqlar.

Qeyd edək ki, oktyabrın 24-də start götürəcək Gimnaziadaya ayın 30-da yekun vurulacaq.

Seçilən
8
3
xalqqazeti.az

4Mənbələr