AZ

Gimnaziada: Bayraqdarlarımız bilindi

Azərbaycan komandasının Bəhreynin paytaxtı Manama şəhərində keçiriləcək Gimnaziada İdman Oyunlarındakı bayraqdarları bəlli olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yarışın açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını paraüzgüçü Əli Vəliyev və taekvondoçu Xuraman Cavadzadə daşıyacaqlar.

Qeyd edək ki, oktyabrın 24-də start götürəcək Gimnaziadaya ayın 30-da yekun vurulacaq.


Seçilən
7
3
sportnet.az

4Mənbələr