Azərbaycanda dəmiryollarında üztanıma ilə ödənişlərə başlanılacaq.
“APA-Economics” xəbər verir ki, bunu bu gün “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı “Sima Pay” “Azintelekom”un məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli deyib.
O bildirib ki, Azərbaycan Dəmir Yolları QSC ilə əməkdaşlıq çərçivəsində inteqrasiyaların həyata keçirilməsi gözlənilir. Bundan sonra dəmiryolu stansiyalarında “Sima Pay”lə ödəniş etmək mümkün olacaq.