AZ

Prezident: İvanişvili Rusiyadan qorxur

Bidzina İvanişvili Rusiyadan qorxur, lakin bu nə ölkənin problemi, nə cəmiyyətin problemi, nə də bu seçkilərin problemidir.

Yenisabah.az SOVA-ya istinadla xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

O qeyd edib ki, “Gürcü arzusu”nun bütün istiqamətlərdə Rusiyaya tabe olmasına baxmayaraq, Rusiya buna cavab olaraq heç nə etməyib: “Abxaziya və Osetiya mövzusu onlar üçün qapalı olub”.

Dövlət başçısı hesab edir ki, Gürcüstanın birləşməsi məsələsi o zaman gündəmə gəlməlidir ki, hakimiyyət sabit olsun və xalqın etimadını qazansın:

“Düşünürəm ki, o, Bidzina İvanişvili bu gün Rusiyadan çox qorxur. Bütün istiqamətlərdə itaət edib, ondan tələb olunan hər şeyi edib, amma əslində, Rusiya cavab olaraq heç nə etməyib. Abxaziya və Osetiya mövzusunu “onların” üzünə bağladı".


Telegram kanalımız
Seçilən
22
yenisabah.az

1Mənbələr