AZ

Binəqədidəki yolayrıcında müəmma:Vətəndaş deyir dairə var idi, Dövlət qurumu deyir heç vaxt olmayıb- VİDEO

Paytaxtın Binəqədi rayonu Süleyman Sani Axundov ilə Abay Kunanbayev küçələrinin kəsişməsində xaotik vəziyyət mövcuddur.

Avtosfer.az-ın məlumatına görə, bu barədə izləyicilərdən biri redaksiyamıza videomaterial göndərib. O bildirib ki, sözügedən kəsişmədə əvvəllər dairəni bildirən yol nişanı var idi və sürücülər dairə boyu hərəkət edirdilər. İzləyicinin sözlərinə əsasən, bir müddət əvvəl ərazidəki piyada səkisi yeniləndiyi üçün dairə nişanı müvəqqəti olaraq götürüldü. Şikayətçi, təmir başa çatdıqdan sonra nişanın yenidən quraşdırılmadığını və bu səbəbdən yolayrıcına daxil olan sürücülərin nizamsız şəkildə hərəkət etdiklərini qeyd edir. Hətta o, bəzi hərəkət iştirakçılarının dairənin əksi istiqamətində getdiklərini iddia edir. Şikayətçi yaranmış xoşagəlməz mənzərənin qəza riskinə səbəb olduğunu bildirir.

Məsələylə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan ərazidə təmir işləri aparılmayıb və dairəni bildirəm nişan heç vaxt olmayıb.

Nərmin

 

Seçilən
22
1
avtosfer.az

2Mənbələr