Bakı,TurkicWorld
Türkiyənin Maşınqayırma və Kimya Sənayesi (MKE AŞ) ilə Milli Müdafiə Nazirliyinin (MSB) Təchizat Xidmətləri Baş İdarəsi arasında iki sursat tədarükü müqaviləsi imzalanıb.
TurkicWorld xəbər verir ki, Türkiyənin və Avropanın ən böyük müdafiə sənayesi sərgisi olan, SAHA EXPO Beynəlxalq Müdafiə, Aerokosmik Sənaye Sərgisi davam edir.
Türkiyənin müdafiə qabiliyyətini artırmaq üçün Maşınqayırma və Kimya Sənayesi ilə Milli Müdafiə Nazirliyinin Satınalma Xidmətləri Baş İdarəsi arasında təxminən 2 milyard dollar dəyərində iki sursat tədarükü müqaviləsi imzalanıb.
Sərgidə beş müxtəlif növ və miqdarda tank tüfənginin sursatının kütləvi istehsalına dair müqavilə imzalanıb. Bu müqavilə müxtəlif tank silahlarının sursatlarının yerli istehsal gücünü artırmaq və Türkiyə Silahlı Qüvvələrinin (TSK) əməliyyat gücünü gücləndirmək məqsədi daşıyır.