AZ

Bakıda aktyorun boynunu kəsib arvadını qətlə yetirdilər: Qanlı hadisənin TƏFƏRRÜATI

Oktyabrın 22-də Bakıda aktyor və arvadının qətlə yetirilməsi barədə yeni təfərrüat məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə 1973-cü il təvəllüdlü İslam Hadıyev tamah məqsədilə evə girib və cinayəti bu səbəbdən törədib.

Hadisə Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsi bina 4, mənzil 86 ünvanında qeydə alınıb.

Məlumata görə, İslam Hadıyev mənzilə daxil olub 85 yaşlı İosif Zusyeviç Tkaçın boynunu kəsdikdən sonra arvadı 80 yaşlı Lyudmila Tkaç Mixaylovnanın başına zərbələr endirərək onu qətlə yetirib.

Hadisə barədə Baku TV-yə danışan qonşu bildirib ki, qətlə yetirilən şəxslərin heç kimlə problemi olmayıb:

"Onları 60 ildir tanıyıram. Çox yaxşı münasibətimiz olub. Mehriban, problemsiz ailə idi. İki qızları var, Almaniyada yaşayırlar. Mən hadisənin şokundayam. Onların heç kimlə problemi yox idi. Dünən xəbəri eşidəndən yata bilməmişəm".

 

 

10:32

Seçilən
27
avtosfer.az

1Mənbələr