AZ

Ankarada törədilən terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

TUSAŞ aerokosmik şirkətinin Ankaradakı obyektində törədilən terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb, iki yaraqlı məhv edilib, Türkiyənin daxili işlər naziri Əli Erlikaya bildirib.

“TUSAŞ-ın obyektində terror aktı törədən iki terrorçu məhv edilib. Təəssüf ki, hücum nəticəsində 3 nəfərimiz ölüb, 14 nəfər yaralanıb”, – o , X sosial şəbəkəsində yazıb.

Bundan əvvəl media Ankarada terror aktı törətməkdə şübhəli bilinənlərdən birinin müşahidə kamerasına düşən fotosunu dərc etmişdi.

Müəssisədəki terror aktını bir qrup yaraqlı törədib. Şahidlər atışma və partlayış olduğunu bildiriblər.

Mənbə Anadolu Agentliyi

Seçilən
51
4
dogru.az

10Mənbələr