Tbilisidə “Gürcü arzusu”na dəstək yürüşü keçirilir.
APA xəbər verir ki, bu barədə "Sputnik-Qruziya" agentliyi məlumat yayıb.
Bildirilib ki, seçkiqabağı yürüşün iştirakçıları Respublika meydanından Azadlıq meydanına doğru irəliləyirlər.
Məlumata görə, həmin ərazidə yaxın saatlarda hakim partiya liderlərinin çıxışları olacaq.
Aksiyada iştirak etmək istəyənlər ölkənin hər yerindən Tbilisiyə gəliblər.
Tədbir saat 19:00-da başlayacaq və bitənə qədər Azadlıq meydanı və Rustaveli prospektində nəqliyyatın hərəkəti tamamilə qadağandır.