AZ

“60-a yaxın soydaşımız komandamıza stadiondan dəstək olacaq” – “Sabah” tək qalmayacaq

Bu gün “Sabah”ın U-19 komandasının UEFA Gənclər Liqasında oyunu var.

“Bayquşlar” İsveçrə “Bazel”inin qonağı olacaq. “Sabah” bir neçə gün əvvəl Avropada yaşayan azərbaycanlılara müraciətlə stadiona çağırmışdı. Bəs bu çağırışa cavab verən oldumu?
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:

“Bazeldə 60-a yaxın soydaşımız komandamıza stadiondan dəstək olacaq. Oyun ölkədə canlı yayınlanmayacaq”.


Qeyd edək ki, oyun gün saat 21.00-da start götürəcək. Cavab qarşılaşması isə noyabrın 6-da Bakıda keçiriləcək.

RÖYANƏ OĞUZ
Seçilən
48
football-plus.az

1Mənbələr