AZ

Dieqo Simeone “Atletiko”nun bağışlanmmasına münasibət bildirdi

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in cəzasının yumşaldılması haqda Apellyasiya Komitəsinin qərarını şərh edib.

Arena.az “Relevo” dərgisinə istinadən məlumat verir ki, Apellyasiya Komitəsi “Real”la Madrid derbisində baş vermiş qalmaqaldan sonra, “döşəkçilər”in 3 ev oyununu qapalı tribunalar önündə keçirməsi haqda cəza qərarını baxışdan keçirib və “Atletiko”nun cəzasını 1 oyuna endirib.

Argentinalı mütəxəssis İspaniya mətbuatına açıqlamasında bu qərara belə münasibət bildirib:

“Onlar cəzanı 1 oyuna endirmək qərarına gəliblərsə, bu, qərara alına biləcək ən yaxşı xüsusdur. Biz bütün diqqətimizi oyunlara cəmləyirik” – deyə Dieqo Simeone bildirib.

Xatırladaq ki, daha əvvəl, “Atletiko” rəhbərliyinin La Liqa və Çempionlar Liqasındakı cəzalara görə qarşıdakı 5 səfər oyununa azarkeşlərə bilet satmamaq qərarına gəldiyi məlum olub. Madrid klubunun bu bəyanatından bir gün sonra Apellyasiya Komitəsi qapalı oyunların sayını 3-dən 1-ə endirib.

Müvafiq cəza “Atletiko”ya La Liqanın 8-ci turunun “Real”la Madrid derbisi çərçivəsindəki oyunda (1:1) “döşəkçilər”in azarkeşlərinin “qaymaqlılar”ın düşərgəsinə təhqiramiz şüarlar səsləndirməsi səbəbilə verilib.

“Atletiko” La Liqanın cari mövsümündə keçirdiyi 10 oyunda 20 xal toplayıb. Madrid təmsilçisi yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. La Liqaya “Barselona” (27 xal) liderlik edir. İkinci yerdə Madridin digər təmsilçisi “Real” yer alır – 24 xal.

Seçilən
32
arena.az

1Mənbələr