AZ

Korgeneral Ərdoğan Karakuş: "TUSAŞ hücumunun hədəfi müdafiə sənayemizdir" - ÖZƏL

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ankarada Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) Kahramankazan rayonundakı müəssisələrinə terror hücumu təşkil edilib. Hücum nəticəsində dörd nəfər həlak olub, 14 nəfər yaralanıb.
Bununla bağlı Oxu.az-a terror hücumunun məqsədləri ilə bağlı müsahibə verən ehtiyatda olan korgeneral Ərdoğan Karakuş açıqlama verib.
O, əməliyyatın Türkiyənin müdafiə sənayesi sektorunu hədəf aldığını bildirib.
"TUSAŞ Türkiyənin ən önəmli qurumlarından biridir. O, hər cür PUA, SİHA, KAAN döyüş təyyarəsi, "HÜRJET", "ANKA-3" pilotsuz döyüş təyyarəsi və helikopterlərimizin istehsal edildiyi müdafiə sənayesi qurumumuzdur. Buna görə də bu terror hücumunun həyata keçirilməsinin məqsədi dünya miqyasında sensasiya yaratmaqdır", - deyə o bildirib
Ə.Karakuş terror təşkilatlarının bununla ölkə daxilində boy göstərmək istədiyini, Suriyanın şərqindəki terror qruplaşmasının heç vaxt diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb.
"Türkiyə daxilində dövlətimiz, demək olar ki, terroru bitirmiş vəziyyətdədir. Hazırda ölkəmizdə bəzi siyasi işlər aparılır. Terror hücumu ilə, xüsusilə ölkə daxilində mövcud olduqlarını göstərmək, bu mesajı vermək istəyirlər.
PKK terror təşkilatının kimlər tərəfindən istifadə edildiyi hamıya məlumdur. Suriyanın şərqində hazırda təxminən 60-70 min terrorçu var. ABŞ onları ümumi dəyəri təxminən 15 milyard dollar olan 40 min yük maşın və 4 mindən çox helikopterlik silah-sursatla təmin edib. Buraya keçirilən təlimi də əlavə etmək lazımdır. Nə olursa-olsun, Türkiyə terrora qarşı sona qədər mübarizə aparacaq və öz yolundan heç vaxt dönməyəcək", - Ə.Karakuş deyib.
Seçilən
42
50
oxu.az

10Mənbələr