Bakı. TurkicWorld
Son terrorçu məhv edilənədək mübarizəni davam etdirəcəyik.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə Naziri Yaşar Güler, törədilən terror aktı ilə bağlı verdiyi açıqlamada bildirib.
Güler açıqlamasında, "Ən son terrorçu məhv edilənə qədər onların izinə düşməyi dayandırmayacağıq və edilən hücumun intiqamını alacağıq, bunu hər kəs görəcək, narahat olmayın" deyib.
Nazirin bu ifadələri Türkiyənin terrora qarşı mübarizədə qətiyyətini bir daha təsdiq edib.
Qeyd edək ki,Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu olub. Terror aktı nəticəsində şəhid və yaralananlar var. Hadisə yerinə çox sayda xüsusi təyinatlı polis və tibbi yardım heyəti cəlb edilib. İlk partlayışdan sonra silah səsləri eşidilib.