AZ

Bu gün qəhrəman şəhidimiz Namiq Xəlillinin anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Namiq Həsən oğlu Xəlilli 2016-cı ildən ordu sıralarında xidmət etməyə başlayıb, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 23 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, o, 1994-cü il fevralın 25-də Ordubad rayonunun Azadkənd kəndində anadan olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Namiq Xəlilli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
21
qht.az

1Mənbələr