AZ

Millimizin hücumçusu mümkün qədər tez qayıtmaq istəyir

"Ankaragücü"də çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı forvardın əməliyyatı uğurlu keçib.

I Liqa təmsilçisinin futbolçusu cərrahi müdaxilənin yaxşı keçdiyini bildirib:

"Əməliyyat yaxşı keçdi. Hazırda sağalmağa və mümkün qədər tez qayıtmağa köklənmişəm".

Qasıq nahiyyəsindən əməliyyat olunan Renat Dadaşovun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

phrase_var_article.chosen
113
50
sportinfo.az

10phrase_var_article.sources