AZ

Bunlar iqtisadi hesablamalarla müəyyən edilməlidir

Xidmət müddətləri binanın ehtimal olunan xidmət müddətindən az olan elementlərin, detalların, avadanlıqların, istismar üzrə təlimatda müəyyən olunan təmirlərarası müddətlərə müvafiq olaraq və layihə tapşırığı tələbləri nəzərə alınmaqla dəyişdirilməsi mümkün olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Təmirlərarası müddətin müvafiq olaraq artırılması və ya azaldılması üçün qısa müddətli və ya daha uzunmüddətli elementlərin, materialların və ya avadanlıqların tətbiq edilməsi barədə qərar texniki-iqtisadi hesablamalarla müəyyən edilməlidir.

 

Seçilən
28
heftelik.az

1Mənbələr