“ABC-TELECOM” MMC-yə (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) qarşı məhkəmə iddiası qaldırılıb.
Valyuta.az-ın məlumatına görə, MMC barəsində Şirinova Hürzad Yusif qızı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verib.
H.Şirinova MMC rəhbərliyi barəsində “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr” üzrə iddia qaldırıb.
İşə hakim İlkin Əliyevin sədrliyi ilə baxılacaq.
Sadiq İsəndərli