AZ

BRİCS və ŞƏT-lə yaxınlaşan TÜRKİYƏYƏ TERROR TƏZYİQİ: Ərdoğana ötürülən MESAJ

“Ankarada Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını böyük ehtimalla PKK törədib. Maraqlıdır ki, bundan bir gün əvvəl MHP lideri Dövlət Baxçalı qrup tolantısındakı çıxışında PKK lideri Abullah Öcalanın əfvinə işarə edən nitq söyləmişdi”.

Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Türkiyə hakimiyyəti PKK-çıların tərksilah olunması qarşılığında 25 il həbsdə yatan 75 yaşlı Öcalanın sərbəst buraxılmasını istisna etmir.

Politoloqun qənaətincə, dünənki terror aksiyası məsələnin bu qədər sadə həll olunmayacağını göstərir: “PKK-nın içində fərqli qüvvələr heç də tərksilah olunmaq marağında deyillər. PKK-nın Kandil dağındakı lideri Cəmil Bayık müsahibələrinin birində Abdullah Öcalanın “silahı yerə qoyun” əmrini avtomatik yerinə yetirməyəcəklərini belə izah etmişdi: “Abdullah Öcalan Türkiyə hökumətinin girovluğu altındadır”. Cəmil Bayık bununla demək istəmişdi ki, Öcalan həbsdən azad olunmaq üçün Türkiyə hökuməti ilə razılığa gələrsə, bu, PKK-nın həmin razılığa uyğun olaraq tərksilaha əməl edəcəyi anlamına gəlməyəcək”.

E.Şahinoğlu deyib ki, Türkiyədə son terror hadisəsini xarici qüvvələrlə əlaqələndirənlər də var və bu zaman Prezident Rəcəb Tayyib Ərdoğanın BRİCS toplantısında iştirak etmək məqsədilə Kazan şəhərinə səfərinə işarə olunur: “Ankarada terror hadisəsi baş verərkən Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşırdı. Yəni, Türkiyədəki bəzi siyasi və ekspert dairələrinin fikrincə, Qərbdə Türkiyənin BRİCS-ə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük istəyindən narahatlıq keçirən qüvvələr var. Bu qüvvələr PKK-çılar, daha dəqiq desək, son terror aksiyası vasitəsilə Ərdoğana xəbərdarlıq mesajı göndəriblər”.

Kamilə ORUCOVA

Seçilən
5
1
medianews.az

3Mənbələr