AZ

Erlinq Holann qol sayında Didye Droqbaya çatıb

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann UEFA Çempionlar Liqasında qol sayında Didye Droqbaya çatıb.

“İki sahil” "Squawka" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu buna Çexiyanın "Sparta" (Praqa) kollektivinə qalib gəldikləri (5:0) Liqa mərhələsinin III turunun matçında dubl etməklə nail olub.

Norveçli forvard qitənin bir nömrəli klub turnirində qollarının sayını 44-ə çatdırıb. Holann cəmi 42 qarşılaşmada buna müvəffəq olubsa, Droqba 92 görüşdə 44 qolla yadda qalıb.

Qeyd edək ki, Erlinq Holann cari mövsüm Norveç millisində və klubunda ümumilikdə 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
9
2
ikisahil.az

3Mənbələr